Abışovsuz Rubin yenə uduzdu

Abışovsuz Rubin yenə uduzdu
Rusiya Premyer Liqasında XI turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, millimizin üzvü Ruslan Abışovun çıxış etdiyi "Rubin" bu tur "Krasnodar"ın qonağı olub.
Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Rubin" 60 dəqiqə 10 nəfərlə oynayan rəqibin müqavimətini qıra bilməyib. Baş məşqçi Kurban Berdiyev bu dəfə də Ruslana oynamaq şansı verməyib.
Qeyd edək ki, "Rubin" 11 turda topladığı 13 xalla 11-ci pillədə qərarlaşıb.
 
Rusiya 
Premyer Liqa
XI tur
29 sentyabr
Krasnodar - Rubin 1:0
Qol: Maurisio Pereyra, 3.
Rubin: Sergey Rijikov, Oleq Kuzmin, Cesar Navas, Solomon Kverkveliya, Gökdeniz Karadeniz, Vakaso Mübarak (Roman Şaronov, 63), Vladislav Kulik (Aleksandr Prudnikov, 75), Sergey Kislyak (Dmitri Torbinski, 46), Bebras Natço, Yann M`Vila, Ruslan Mühametçin.
Ehtiyat oyunçular: Giedrius Arlauskis, İnal Getigejev, Ruslan Abışov, Əlişir Cəlilov, Roman Yeremenko.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər