AÇ: Azərbaycanın 7 gimnastı mübarizəyə başlayır

AÇ: Azərbaycanın 7 gimnastı mübarizəyə başlayır

Bu gün İtaliyanın Rimini şəhərində Azərbaycan komandasının iştirakı ilə batut gimnastikası və tamblinq üzrə Avropa çempionatı start götürəcək.

Fanat.Az xəbər verir ki, ilk yarış günündə yeddi idmançımız çıxış edəcək.

Günün birinci yarısında yeniyetmə batutçuların təsnifat mərhələsi keçiriləcək. Ölkəmizi bu mübarizədə Hüseyn Abbasov, Maqsud Mahsudov, Nicat Mirzəyev, Əli Niftəliyev təmsil edəcək.

Ardından böyüklər arasında tamblinq yarışları baş tutacaq. Azərbaycandan dünya çempionatının gümüş mükafatçısı Mixail Malkin, Adil Hacızadə və Tofiq Əliyev finala vəsiqə qazanmağa çalışacaqlar.

Qeyd edək ki, qitə çempionatına iyunun 5-də yekun vurulacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər