5 YAŞLI QOCA - FANAT.AZ

5 YAŞLI QOCA - FANAT.AZ

Bu gün Fanat.az-ın 5 yaşı tamam olur. 2008-ci ilin bu günündə "dünyaya gələn" Fanat.az qısa zamanda futbolsevərlərin sevimlisinə çevirildi. Azərbaycan dilində ilk milli xəbər portalı olaraq fəaliyyətə başlayan sayt hər zaman azarkeşlər üçün tribuna oldu, onların sözünü dedi, istəklərini, problemlərini gündəmə gətirdi, klub rəhbərlərini fanatlarla hesablaşmağa məcbur etdi.

Fanat.az qısa zamanda idman mediasında öz sözünü dedi. Bunun nəticəsidi ki, bu gün Azərbaycanın ən çox oxunan 3-4 portalından biridi... Fanat.az hər zaman sağlam rəqabətin tərəfdarı oldu, digər saytlara düşmən yox, rəqib gözü ilə baxdıq və rəqabət apardıq. Biz rəqiblərimizin daha güclü olmasını arzuladıq, çünki onların gücü bizi daha da böyütdü, həvəsləndirdi və gücləndirdi...

Fanat.az qısa müddətdə Azərbaycan sərhədlərini aşdı, dünyanın bir çox ölkəsində oxucu kütləsi toplaşdı. Bu gün dünyanın bir çox ölkəsində də Fanat.az-ın oxucuları var. Bunun nəticəsidi ki, dəfələrlə Rusiyanın aparıcı portalları bizim xəbərlərimizi yayımladı, Türkiyənin ən böyük nəşrlərindən olan "Milliyət" dəfələrlə Fanat.az-ın informasiyalırını manşetinə çıxarıb, bütün dünyaya tanıtdı... Fatih Teriminin üçüncü dəfə "Qalatasaray"a dönüşü, Burak Yılmazın "sarı-qırmızılı" kluba transferi, UEFA-nın Avroliqanın qaliblərinə növbəti mövsüm üçün Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə verməsi xəbərini ilk dəfə biz yaydıq...

Və biz hər zaman dəyərli oxucumuzun dəstəyini hiss etdik. Həmişə oxucumuza güvəndik, onun etimadını doğrultmaq, daha çox və daha keyfiyyətli xəbər təqdim etmək üçün çalışdıq. Tək istəyimiz oxucunun işimizdən razı qalması oldu...

Təbii ki, bizim də səhvlərimiz, çətinliklərimiz oldu. Səhvlərimizi gördük, nəticə çıxartdıq və bir daha təkrarlamadıq... Zaman-zaman çox ciddi problemlərlə qarşı-qarşıya qaldıq. Amma ruhdan düşmədik, oxucumuza güvəndik və bütün çətinliklərin öhdəsindən gəlməyi başardıq...

Bizə hər zaman dəstək olan həmkarlarımıza, dostlarımıza və təbii ki, oxucularımıza təşəkkür edirik. Və "bu son deyil" deyirik. Bu gün Fanat.az-ın on minlərlə oxucusu var. Amma biz daha da böyümək, daha çox oxucu kütləsini toplamaq və daha böyük uğurlar qazanmaq istəyirik. Milyonların sevimlisi olmaq arzusu ilə...

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər