4 yığma üzvü səs vermədi

4 yığma üzvü səs vermədi

 

Bu gün milli komandamızın üzvləri Prezident Seçkisinə qatılıb. Yığmanın 30 nəfərdən ibarət futbolçu, məşqçi və inzibati heyəti 36 saylı Xətai dördüncü seçki dairəsi, 55 saylı orta məktəbdə yerləşən 9-cu məntəqədə səs verib.

 

 AFFA-nın baş katibi Elxan Məmmədov da səsini həmin məntəqədə komanda üzvləri ilə birgə verib. Berti Foqts Almaniya vətəndaşı olduğundan yetirmələrinin səsvermə prosesini kənardan izləməklə kifayətlənib.

 

 Qeyd edək ki, millinin futbolçuları – Ufuk Budak, Cihan Özkara, Əli Gökdəmir və Rüfət Dadaşovun eyni zamanda Türkiyə və Almaniya vətəndaşlıqları olduğundan, səsvermədə iştirak edə bilməz.

Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər