Millimizin üzvü alman klubuna qələbə qazandırdı

Millimizin üzvü alman klubuna qələbə qazandırdı

Almaniyanın II Bundesliqasında XIV turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, Dmitri Nazarovun çıxış etdiyi "Karlsruher" "Erzqerbirger"i qəbul edib.

Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçın yeganə qoluna 74-cü dəqiqədə penaltidən Dmitri Nazarov imza atıb. Start heyətində yer alan millimizin üzvünü 81-ci dəqiqədə Dominik Peyts tərəfindən əvəzlənib.

Qeyd edək ki, "Karlsruher" 16 oyundan sonra 23 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər