Xorvatiyada təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Fanat.az xəbər verir ki, "Slaven" (Belupo) klubunun U-18 komandası ilə qarşılaşan yığmamız 3:2 hesabı ilə qələbə qazanıb.
Pilağa Mehdiyevin dubl etdiyi oyunda, yığmamızın digər qolunu Kənan Səfərov vurub.
Qeyd edək ki, millimiz Xorvatiya toplanışı çərçivəsində bundan əvvəl xorvatiyalı həmyaşıdları ilə iki oyun keçirib. İlk oyunda 2:3 hesabı ilə uduzan komandamız ikinci matçda qələbə qazanıb - 2:1.
Fanat.az