Topaz Premyer Liqasının IX turunda "Xəzər Lənkəran"ı qəbul edəcək "Rəvan" matçın hazırlıqlarını davam etdirir. Fanat.az xəbər verir ki, baş məşqçi Vladislav Qədirovun rəhbərliyi altında keçirilən hazırlıqda futbolçular ruh yüksəkliyi ilə çalışır və onun tapşırıqlarını diqqətlə dinləyir.
AZAL ilə son tur matçından sonra başlayan məşqlərdə yalnız zədəli Tofiq Mikayılov və Elvin Həsənəliyev iştirak etmir. Qalan bütün komanda üzvləri hazırlığa qatılır. Məşqçilər daha çox futbolçuları toplu çalışmalar üzərində hazırlaşdırır. Məşqlər ümumilikdə taktiki-texniki yöndə olur.