Topaz Premyer Liqasının IX turunda "Xəzər Lənkəran"ı qəbul edəcək "Rəvan" hazırlıqlarını başa vurub. Fanat.az xəbər verir ki, komanda bu gün son "Bayıl Arena"da son məşqinə çıxıb.
Baş məşqçi Vladislav Qədirovun rəhbərliyi altında keçirilən hazırlıq yüngül xarakterli olub. İsinmə hərəkətlərindən sonra futbolçular cinah asmalarının qapanması, qapıya zərbələr və standart vəziyyətlər üzərində çalışıb.