18 yaşlı kosovalı Avropanı qarışdırdı

18 yaşlı kosovalı Avropanı qarışdırdı
"Mançester Yunayted"in "Sanderlend"lə keçirdiyi son oyunda 2 qol vuraraq komandasını xilas edən Adnan Canuzay Avropada ən çox müzakirə olunan futbolçuya çevirilib. Fanat.az xəbər verir ki, İngiltərə klubu ilə müqaviləsi mövsümün sonunda bitəcək Kosova əsilli belçikalı futbolçuya artıq bir sıra böyük klublar elçi düşüb.
Klublarla yanaşı, milli komandalar da Adnan üçün sıraya düzülüb. Avropa mediasın məlumatına görə, 18 yaşlı hücumçuya Kosova millisi ilə yanaşı, İngiltərə, Belçika, Serbiya, Albaniya və Türkiyə yığmalarından təklif var. Canuzay hələ seçimin etməyib. Lakin İngiltərə mətbuatı onun Albaniya yığmasının formasını geyinməyə yaxın olduğunu iddia edir. İngiltərə futbolunun əfsanələrindən olan Hari Lineker isə həmyerlilərinin kosovalı futbolçuya təklif göndərməyə hazırlaşdığını bildirib.
Qeyd edək ki, Adnan 1995-ci ildə Belçikanın paytaxtı Brüsseldə dünyaya gəlib. Kosovalı futbolçu "Anderlext"in yetirməsidi. 2011-ci ildə "Mançester Yunayted"ə keçən Canuzay cari mövsümdən çıxış etdiyi əsas komandada meydana çıxdığı 3-cü oyunda dübl edib.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər