17 ildən sonra yenidənVİDEO

17 ildən sonra yenidənVİDEO

Türkiyə Super Liqasında VI tura yekun vurulub. Fanat.az xəbər verir ki, turun son oyun günündə iki qarşılaşma baş tutub.

"Beşiktaş" səfərdə "Antalyaspor"un qonağı olub. Çempionluğa iddialı komandalardan olan "ağ-qaralar" Antalyada məğlubiyyətlə üzləşib. Lamine Diarranın dublu ev sahiblərinə 3 xal qazandırıb - 2:0. Bu qələbə Antalya təmsilçisi üçün xüsusi əhəmiyyət daşıyırdı. Belə ki, komanda sonuncu dəfə 1996-cı ildə "Beşiktaş"ı 3:2 hesabı ilə məğlub edə bilməmişdi. Nəhayət 17 il sonra "Antalyaspor" "Beşiktaş" üzərində qələbə qazandı. 

Digər oyunda isə "Ərciyyəspor" doğma azarkeşlər önündə "Kayserispor"u qəbul edib. 90 dəqiqənin sonunda komandalar 1 xalla kifayətlənməli olub - 1:1.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər