“Zirvə” liseyinin kollektivi Şəhidlər Xiyabanında

“Zirvə” liseyinin kollektivi Şəhidlər Xiyabanında

AAAF Parkda yerləşən “Zirvə” liseyinin şagird və müəllimlərdən ibarət kollektivi Azərbaycanın müstəqilliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda şəhid olmuş həmvətənlərimizin xatirəsini yad etmək məqsədilə Şəhidlər Xiyabanını ziyarət etdilər. 

Bu zaman 20 Yanvar 1990-cı ildə azadlığımız uğrunda canlarından keçən şəhidlərimizin məzarları üstünə gül dəstələri qoydular.

Liseyin tarix müəllimi tərəfindən şagirdlərə “Qan Yaddaşı”mız barəsində məlumat verilərək tarixi günün əhəmiyyəti vurğulandı.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər