"Zinçenkonu mənim klubumdan qovun" - Ukraynalını "baltaladılar"

"Zinçenkonu mənim klubumdan qovun" - Ukraynalını "baltaladılar"

İngiltərə Premyer Liqasının 19-cu turunda "Vest Hem"ə uduzan (0:2) "Arsenal"ın sol cinah müdafiəçisi Aleksandr Zinçenko sosial şəbəkələrdə azarkeşlərin tənqid hədəfinə çevrilib.

Fanat.Az xəbər verir ki, "topçular"ın tərəfdarları ukraynalının qovulmasını tələb edirlər.

Sosial şəbəkə istifadəçilərindən bir neçəsinin yazdıqları ilə siz də tanış olun: 

"Zinçenkonu mənim klubumdan qovun, ciddi deyirəm" - @sakascatIey.

"Zinçenkonun bacarıqları və keyfiyyətləri sizi titulsuz qoyacaq, əminəm" - @ltarsenal.

"Timber formada olsaydı, Zinçenko 1 dəfə də start heyətinə düşməzdi" - @samuelJayC.

"Oyunçular bizi yenə məyus edirlər. Trossard, Zinçenko və Martinelli bərbad idilər. Oyanın!" - @MrDtAFC.

"Zinçenko indi əvvəl yaxşı bacardığı yeganə şeyi də edə bilmir" - @Lhastim3.

Xatırladaq ki, "çəkicdöyənlər"ə qarşı keçirilən görüşdə start "11-lik"də yer alan Zinçenko 64-cü dəqiqədə əvəzlənib. O, meydandan çıxarkən hesab 0:2 olub.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər