Yuri Syomin narazı qaldı: "Sanki..."

Yuri Syomin narazı qaldı: "Sanki..."
Azərbaycan Kubokunun 1/8 final mərhələsinin “Mil-Muğan” - “Qəbələ” (1:2) oyunundan sonra baş məşqçilər fikirlərini bildiriblər: 
Mətləb Məmmədov (“Mil-Muğan”ın baş məşqçisi): “Azərbaycanın səviyyəli komandasına qarşı oynadıq. Əzmlə, istəklə oynamaq hesabın böyük olmamasına gətirib çıxartdı. Qapıçımızın qırmızı vərəqə alması da oyuna təsir etdi. Bəlkə də qırmızı vərəqə olmasaydı oynamaq olardı. Amma mən yenə də öz komandama "çox sağ ol" deyirəm. “Qəbələ”yə gələcək oyunlarda uğurlar arzu edirəm".
Yuri Syomin (“Qəbələ”nin baş məşqçisi): “Mən onu deyə bilərəm ki, oyun nəticəsi bizim xeyrimizə olsa da, oyunun gedişindən heç də razı qalmadım. Heyətimizdə gənc oyunçular çox idi. Lorenzo Ebesilionu dəyişdikdən sonra elə bil ki, hər şey məhv oldu. Sanki oyun onun üzərində qurulmuşdu. Rəqib komandanı incələməmişdik ki, bu amili də qeyd etməliyəm". 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər