Xankəndidə başından zərbə alan Almeydanın son durumu nə yerədir? - AÇIQLAMA

Xankəndidə başından zərbə alan Almeydanın son durumu nə yerədir? - AÇIQLAMA

Misli Premyer Liqasının XVIII turunda "Zirə"nin qonağı olacaq "Qarabağ"ın yarımmüdafiəçisi Riçadr Almeydanın son vəziyyətinə aydınlıq gəlib.

Ağdam təmsilçisinin sözçüsü Anar hacıyevin Fanat.Az-a verdiyi məlumata görə, Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində Xankəndidə keçirilən matçda - MOİK-lə oyunda (1:0) başından zərbə aldığı üçün əvəzlənən Almeydanın zədəsi ciddi deyil:

"Almeydanın durumu qaydasındadır, zədəsi ciddi çıxmadı. Hazırda məşqlərdə iştirak edir. "Zirə"yə qarşı uzun müddətə sıradan çıxan Kevin Medinadan başqa bütün digər futbolçular oynaya biləcəklər. Cəzalı futbolçumuz da yoxdur".

Qeyd edək ki, "Zirə" - Qarabağ" qarşılaşması dekabrın 24-də keçiriləcək. Zirə İdman Kompleksinin stadionunda baş tutacaq qarşılaşma 18:30-da başlayacaq.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər