VIII YUXU: Foqtsun davamçısı

VIII YUXU: Foqtsun davamçısı

- Salam, cənab Prosineçki.

- Salam. Axı mən hələ baş məşqçi deyiləm.

- Nə olar ki, məgər baş məşqçi olmayanın dili olmur?

- Xorvatiya və Azərbaycan həmişə dost və qardaş ölkələr olublar...

- Bağışlayın, axı Azərbaycanda bu qardaşlıqdan xəbəri olan yoxdu. Yalnız millimizin futbolçuları əsl "qardaşlığınız"la yaxından tanış olmaq imkanı tapıb.

- Futbolda bu cür hadisələr olur. Bunu qabartmağın heç bir bir mənası yoxdu.

- AFFA-dakılar elə düşünmür axı. Foqtsun şələ-küləsini həmyerlilərinizin qələbəsindən sonra vurdular qoltuğuna. Hərçənd, axı siz də Almaniyada dünyaya göz açmısınız.

- Mən Xorvatiya millisinin şərəfini qorumuşam. Almaniyada doğulmağım hələ Foqtsun taleyini yaşayacağımdan xəbər vermir.

- Yox-yox, sadəcə, maraqlı paralel apardım. Daha bir təsadüf də diqqətimi çəkdi.

- Yenə bəd təsadüfdü?

- Mən deyim, siz də qiymət verin. Berti Foqtsun rəhbərlik etdiyi millimiz Almaniya ilə eyni qrupda yer almışdı. İndi də məşqçi qismində heç bir uğuru olmayan xorvat Xorvatiya yığması ilə eyni qrupda yer alan kimi komandamızın "sükanı arxası"na keçməyə namizəd göstərildi.

- Xorvatiyada kifayət qədər nüfuza malikəm. Azərbaycanda həmyerlilərim futbolçularınızın xətrinə dəyməzlər. Əlbəttə ki, millinizi mənə etibar etsələr.

- Sizcə,millini bir Xorvatiyaya görə heç bir uğuru olmayan məşqçiyə etibar etmək olar?

- Belə başa düşdüm ki, Azərbaycanda hər nəticəyə emosional reaksiya göstərilir. AFFA da bunu nəzərə alaraq, ikinci dəfə eyni aqibəti yaşamaq istəmir.

- Komandamızla tanışsınız?

- Yox, buna nə ehtiyac var ki?

- Axı yığmamızın "sükanı"nı sizə tapşırsalar, nəticələrə görə cavabdeh şəxs olacaqsınız...

- Foqts 6 il işlədi, nə oldu ki? Nəticələrə görə məsuliyyət daşımırdı? Əcnəbi məşqçinin işi belədi: gəldi, gördü, qapazlayıb getdi.

- Foqts yerli mətbuat və klub məşqçiləri ilə yola getmirdi. Hər dəfə bu iki zümrənin nümayəndələrini tənqid edirdi. Siz hansı plan üzrə çalışacaqsınız?

- Yaşayarıq, görərik. Hələ bir görək məni baş məşqçi təyin edirlər?

 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər