Misli Premyer Liqasında 8-ci tura yekun vurulur.
Fanat.Az xəbər verir ki, turun son günündə 2 oyun keçiriləcək.
Bağlanış matçları bölgədə baş tutacaq. Əvvəlcə "İmişli" ilə "Turan Tovuz" üz-üzə gələcək. Yevlaxda reallaşacaq oyun qərb təmsilçisi üçün ilk "üçlük"dəki komandalarla xalları bərabərləşdirməyə imkan verəcək. Oyuna baş məşqçisiz çıxacaq "İmişli" isə düşmə zonasından uzaqlaşmağa çalışır.
Turun son oyunu Gəncədə təşkil olunacaq. "Kəpəz" mükafatlara iddialı "Zirə"ni qonaq edəcək. Komandalar meydana fərqli əhval-ruhiyyədə çıxacaqlar. "Zirə" 4 oyundur qələbə qazana bilmirsə, "Kəpəz" son 3 turda məğlub olmayıb. Bakılılar qələbəsizlik seriyasına səfərdə son qoymağa çalışacaqsa, meydan sahibləri uğurlu çıxışı davam etdirmək əzmindədirlər.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Şamaxı" "Şəfa"nı 3:2, "Sumqayıt" "Araz-Naxçıvan"ı 2:1, "Sabah" "Qəbələ"ni 4:0 hesabı ilə məğlub edib, "Qarabağ" - "Neftçi" matçında isə qalib müəyyənləşməyib (3:3).
Misli Premyer Liqası
8-ci tur
18 oktyabr
15:00. “İmişli” – “Turan Tovuz”
Hakimlər: Nicat İsmayıllı, Elşad Abdullayev, Kamran Bayramov, Mahmud Bağırzadə.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Gülnurə Əkbərzadə.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Yevlax şəhər stadionu.
18:30. “Kəpəz” – “Zirə”
Hakimlər: Emin Əliyev, Cəmil Quliyev, Müslüm Əliyev, Ruslan Quliyev.
VAR: Rauf Cabarov.
AVAR: Kərim Zeynalov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Gəncə şəhər stadionu.