"Sabah ilə oyun..." - Şahruddin Fanat.Az-a danışdı

"Sabah ilə oyun..." -  Şahruddin Fanat.Az-a danışdı

Misli Premyer Liqasının 8-ci turunda "Qarabağ" doğma meydanda "Neftçi"ni qonaq edib.

Fanat.Az xəbər verir ki, qarşılıqlı qollarla yadda qalan heç-heçə ilə yekunlaşıb (3:3).

Matçdan sonra "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev əməkdaşımızın suallarını cavablandırıb.

Onun açıqlaması belə olub:

- İlk olaraq, görüş barədə nə deyə bilərsiniz?

- Maraqlı və gərgin matç idi. Tərəflər arasında qarşılıqlı hücumlardan ibarət çətin bir oyun oldu. Bərabərə qaldıq və bir xal qazanmağı bacardıq.

- Bu qarşılaşmadan sonra "Sabah"la üz-üzə gələcəksiniz. Görüş səfərdə baş tutacaq. Matç barədə gözləntiləriniz nələrdir?

- Biz hər oyuna qələbə qazanıb 3 xal əldə etmək üçün çıxırıq. Çətin bir sınaq bizi gözləyir. Amma biz buna hazırıq. Qalib gəlmək üçün əlimizdən gələni edəcəyik.

Qeyd edək ki, "Sabah" - "Qarabağ" matçı oktyabrın 25-də keçiriləcək. Matçın start fiti saat 18:00-da səsləndiriləcək.

Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər