Vergilər naziri hansı klubumuza sponsorluq edəcək?

Vergilər naziri hansı klubumuza sponsorluq edəcək?
Vergilər naziri Fazil Məmmədov futbol sektoruna daxil olmağa qərar verib. Fanat.az xəbər verir ki, nazir 2014-cü ilin yanvarından etibarən "Şəmkir" klubunu himayəsinə götürəcək.
Artıq məsələ ilə bağlı bir sıra detallar da müzakirə olunub. Nazirin qarşısına qoyduğu əsas hədəf qısa zamanda "Şəmkir"in əvvəllki nüfuzunu özünə qaytarmaqdı. Bu məqsədlə kluba böyük sərmayə də yatırılacaq.
Maraq üçün qeyd edək ki, Məmmədov özü də şəmkirlidi.
rekord.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər