Vaqif qol vurdu, komandası qələbə qazandı

Vaqif qol vurdu, komandası qələbə qazandı
Türkiyənin PTT 1-ci liqasında VIII tura yekun vurulub. Fanat.az xəbər verir ki, Vaqif Cavadov, Ufuk Budak və Rəhman Hacıyevin çıxış etdiyi "Qaziantep BB" Umut Sönməzin forma geyindiyi "Orduspor"un qonağı olub.
Oyun qonaq komandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Start heyətində yer alan Vaqif Cavadov 74-cü dəqiqədə hesabı açıb. Millimizin üzvü 90 dəqiqə meydanda olub. Ufuk Budak da onun kimi ilk dəqiqələrdən sonalək mübarizə aparıb. Rəhman Hacıyevin adı isə "18-liy"ə salınmayıb.
"Orduspor"da oynayan Umut Sönməz də start heyətində yer alıb. Onu 79-cu dəqiqədə Yasin Ozan əvəzləyib.
Qeyd edək ki, "Qaziantep BB" 8 turdan sonra 7 xalla 14-cü, "Orduspor" 4 xalla 17-ci pillədə qərarlaşıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər