Ukrayna 2025/26 avrokubok mövsümündə cəmi 4 klubla təmsil olunacaq.
Fanat.Az xəbər verir ki, sözügedən ölkənin ÇL-də bir komandası çıxış edəcək.
Buna səbəb Ukraynanın UEFA-nın son beşillik reytinqində 18-ci yeri (28 000 xal) tutması olub. İlk "15-lik" hətta nəzəri cəhətdən də əlçatmaz olub. Bu, 2005/06 mövsümündən sonra 20 ildə ilk dəfə baş verəcək.
Xatırladaq ki, 2024/25 mövsümündə Ukrayna ötənilki reytinqdə 14-cü yeri tutması sayəsində 5 klubla təmsil olunub. İki komanda Çempionlar Liqasında, biri Avropa Liqasında, daha iki komanda Konfrans Liqasında çıxış edib.