Ukraynalı məşhur qapıçı karyerasını başa vurdu

Ukraynalı məşhur qapıçı karyerasını başa vurdu

Ukraynanın "Şaxtyor" (Donetsk) komandasının qapıçısı Andrey Pyatov peşəkar karyerasını başa vurub.

Fanat.Az xəbər verir ki, bu barədə Donetsk təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Klub 39 yaşlı qolkiper üçün vida matçı təşkil ediləcəyini açıqlayıb. Böyük ehtimalla, bu oyun avqustun 6-da Londonda "Tottenhem"ə qarşı olacaq.

Həmçinin, Pyatova "Şaxtyor"da qapıçılar üzrə məşqçi vəzifəsi təklif olunub.

Qeyd edək ki, Ukrayna millisinin sabiq üzvü 2007-ci ildən Donetsk komandasının şərəfini qoruyurdu. O, bu klubun heyətində 482 görüş keçirib.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər