Syomin üçün növbəti debüt

Syomin üçün növbəti debüt
Bu həftə Azərbaycan kubokunda 1/8 final mərhələsinin oyunları keçiriləcək. Bir matçdan ibarət mərhələdə qalib gəlib 1/4 finala yüksəlmək yolunda “Qəbələ” sabah “Mil-Muğan”la qarşılaşacaq. Görüşün nominal meydan sahibi İmişli təmsilçisi olsa da, qarşılaşma Qəbələdə keçiriləcək. 
"Qırmızı-qaralar” 9-cu dəfə kubok uğrunda mübarizəyə qoşulacaq. İndiyədək 3 dəfə 1/8, 3 dəfə 1/4, 2 dəfə 1/2 finalda çıxışını dayandıran komanda ardıcıl 3 ildi ən yaxşı 8 komanda sırasında yer alır. 
I divizionda çıxış edən “Mil-Muğan”la görüş “Qəbələ”nin Premyer Liqada çıxış etdiyi vaxt aşağı dəstə təmsilçilərinə qarşı 8-ci dueli olacaq. Komanda əvvəlki görüşlərin hamısında qalib gəlib və top fərqində böyük üstünlük əldə edib - 22:2. Son 6 belə matçda “birincilər” qol da vura bilməyib.
2006/07 12.09.2006 1/16 final Şahdağ (Quba) - Gilan (Qəbələ) 2:5
2006/07 16.10.2006 1/16 final Gilan (Qəbələ) - Şahdağ (Quba) 6:0
2007/08 26.09.2007 1/16 final MOİK (Bakı) - Qəbələ 0:2
2007/08 03.10.2007 1/16 final Qəbələ - MOİK (Bakı) 2:0
2010/11 08.12.2010 1/8 final Qəbələ - Neftçi-İSM (Bakı) 2:0
2011/12 30.11.2011 1/8 final Qəbələ - Neftçala 3:0
2012/13 28.11.2012 1/8 final Qəbələ - Qaradağ Lökbatan 2:0
Son 2 mövsümdə kubokda mübarizəni məğlubiyyətsiz başa vuran “Qəbələ” artıq 6 oyundur yenilmir. “Qırmızı-qaralar” sonuncu dəfə 2011-ci il  martın 8-də 1/4 final mərhələsinin “Bakı” ilə səfər qarşılaşmasında uduzub - 0:1.
Dekabrın 4-də baş tutacaq matç həm də Yuri Syominin Azərbaycan kubokunda debütü ilə əlamətdar olacaq. “Qəbələ”nin baş məşqçisi postunda əvvəl yoxlama oyununda qeyri-rəsmi, sonra Topaz Premyer Liqasında rəsmi debüt edən rusiyalı mütəxəssis bu dəfə kubokda ilk matçda iş başında olacaq. Bununla da Syomin “Qəbələ”nin ölkə kubokundakı 5-ci çalışdırıcısı olacaq. İndiyədək bu yarışda 33 matça çıxan “qırmızı-qaralar” 4 məşqçinin rəhbərliyi altında çıxış edib. 

Ramiz Məmmədov  21   9   6   6   22-22   33

Faiq Cabbarov         6    4   1   1   17-3      13

Fatih Kavlak            3    1   2   0     5-2        4

Toni Adams              3    1   1   1    2-1        4

Cəmi                        33 15 10  8  46-28     55

Qeyd edək ki, Syomin futbolçu kimi 1 dəfə SSRİ, baş məşqçi kimi 4 dəfə Rusiya kubokunun qalibi olub.
gabalafc.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər