Suriyaya gedən güləşçimiz danışdı

Suriyaya gedən güləşçimiz danışdı

Suriyaya gedən peşəkar güləşçi Rəşad Baxşəliyev ailəsinə zəng edib. Fanat.az xəbər verir ki, bu barədə azvision.az-a idmançının ailəsi məlumat verib. 

Srağagün anasına telefon açan R.Baxşəliyev vəziyyətinin yaxşı olduğunu bildirib. “Ana, hər şey yaxşıdır, narahat olmayın məndən. Tez-tez zəng edə bilmirəm buradan. Yaxşıyam, heç bir problemim yoxdu” deyə güləşçi anası ilə söhbətində bildirib.

Qeyd edək ki, Rəşad Baxşəliyevin Suriyaya Əsəd rejiminə qarşı döyüşlərə getməsi ilə bağlı ilk məlumat yayılmışdı. Əslən Kəlbəcər rayonundan olan Baxşəliyev dəfələrlə Respublika çempionatlarında yüksək nəticələr əldə etmiş peşəkar güləşçidi. O, Suriyaya ailəsi və körpə uşağı ilə birgə gedib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər