Özbəkistanın paytaxtı Daşkənddə şahmat üzrə dünya Qran-Prisinin II mərhələsi başa çatıb. Fanat.az xəbər verir ki, sonuncu - XI turda yarışda iştirak edən hər iki azərbaycanlı qrossmeyster xalları yarı bölüblər.
Teymur Rəcəbov ağ fiqurlarla israilli Boris Gelfandın müqavimətini qıra bilməyib. Qara fiqurlarla gürcü Baadur Cobavayla qarşılaşan Şəhriyar Məmmədyarov da "sülh sazişi"nə imza atıb.
Bu nəticə Məmmədyarova 2-ci pilləni bölüşdürməyə imkan yaradıb. O, ABŞ şahmatçısı Hikaru Nakamura ilə eyni - 6,5 xal toplayaraq 2-ci pilləyə sahib olub.
Turnirin qalibi adını Dmitri Andreykin qazanıb. Rusiya şahmatçısı aktivinə 7 xal yazdırıb. Yarışda 3-cü pilləni fransalı Vaşye-Laqrav, Baadur Cobava, italyan Fabiano Karauna və rusiyalı Sergey Karyakin bölüşdürüblər. Onların hər biri 6 xal toplayıblar.
Rəcəbova gəlincə, o, 5,5 xalla 8-ci yerlə kifayətlənib.
Fanat.az