Ronaldonun qorxduğu komandalar

Ronaldonun qorxduğu komandalar

Portuqaliya millisinin və "Real"ın üzvü Kriştiano Ronaldo dünya çempionatında favorit gördüyü komandaların adlarını açıqlayıb. Fanat.az xəbər verir ki, ulduz futbolçu Braziliya, Almaniya və İspaniyanın şansının daha çox olduğunu bildirib.

Ronaldo qrup mərhələsində bu komandalarla qarşılaşmaq istəmədiyini bildirib: "Braziliya, İspaniya və Almaniya dünya çempionatının favoritləridi. Onlarla qrup mərhələsində qarşılaşmaq istəməzdik, amma indi bunları düşünmürük. İndi əla formadayıq və özümüzə güvənirik. Braziliyaya getmək vəzifəsinin öhdəsindən gəldik. Ümid edirəm ki, turnirin güclü kollektivləri ilə bir qrupa düşmərik".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər