Şimali İraqda həvəskar səviyyədə futbol oynayan Bivar Abdullah Kriştiano Ronaldoya oxşarlığı ilə məşhurlaşıb.
Fanat.Az xəbər verir ki, Ərbil şəhərindən 110 km kənarda yerləşən Soran şəhərində yaşayan Bavar Abdullahı küçədə görənlər onunla şəkil çəkdirmək istəyir.
Kasıb bir ailədə dünyaya gələn Bivar Abdullah "Reuters"ə açıqlamasında "Çoxları Ronaldoya bənzədiyimi söyləyir. Ərəb, kürd və ya əcnəbi olmağım önəmli deyil. Bir gün onunla görüşmək istəyirəm" deyib.
Fanat.Az