Bir müddət əvvəl FIFA prezidenti Zepp Blatterlə "Real"ın futbolçusu Kriştiano Ronaldo arasında gərginlik yaranmışdı. Lionel Messini təriəfləyən ali futbol qurumunun rəhbəri portuqaliyalı ulduzu tənqid erərək barəsində "meydanda əsgər kimi dayanır", "bərbərdə çox pul xərcləyir" ifadələrini işlətmişdi.
Bundan sonra dediklərinə görə peşiman olan Blatter mətbuat vasitəsi ilə üzr istədiyi Ronaldoya dəfələrlə zəng etsə də, "Real"ın ulduzu telefona cavab verməmişdi.
Jurnalistlərin "Blatter sənə zəng edibmi" sualına "Telefonum yoxdu. Katibəm belə bir zənglə bağlı məlumat verməyib" deməklə FIFA başçısı ilə aralarındakı buzların ərimədiyini göstərib.
Fanat.az