"TT Arena"da "İmperator Fatih Terim" şüarı

"TT Arena"da "İmperator Fatih Terim" şüarı
Türkiyə kubokunun 4-cü turu çərçivəsində “Qalatasaray” “Qaziantep BB”ni qəbul edib. Fanat.az xəbər verir ki, ilk yarıda 2:0-lik üstünlük eldə edən "Cim-Bom" hesabı qoruya bilməyib.
Qaziantep bərabərliyi təmin edib və matçın əsas vaxtı barəbərliklə başa çatıb - 2:2. Əlavə vaxtda da qol vurulmadığından qalib penalti seriyasında müəyyənləşib - 8:7. 
Uğursuz çıxışını davam etdirən "Qalatasaray" azarkehləri matçın son dəqiqələrində etirazlarını bildiriblər. Belə ki, "Türk Telekom Arena"ya toplaşan azsaylı fanatlar "İmperator Fatih Terim" qışqırmağa başlayıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər