Türkiyədə hazırlıq keçməyi planlaşdıran Premyer Liqa təmsilçilərindən biri də AZAL-dı. Fanat.az xəbər verir ki, cari mövsüm büdcəsi azaldılan “təyyarəçilər” qışda Antalyaya getməkdə qərarlıdı.
Vaqif Sadıqovun yetirmələrinin qardaş ölkədə 4 yoxlama oyunu keçirəcəyi dəqiqdi. Mövsümə pis başlamasa da, düşüdüyü “qara zolaq”dan çıxa bilməyən şüvəlanlılar mövsümü mükafatçılar sırasında bitirməyi hədəfləyib.
Fanat.az