"Simurq" rumınlarla "sülh" bağladı

"Simurq" rumınlarla "sülh" bağladı
Antalyada təlim-məşq toplanışını davam etdirən "Simurq" bu gün dördüncü yoxlama oyununu keçirib. Fanat.az хəbər verir ki, baş məşqçi Georgi Çiхradze yetirmələrini Rumıniya klubu ilə oyunda sınayıb.
Belə ki, "Simurq" "Astra" ilə üz-üzə gəlib. 90 dəqiqə ərzində qol vurulmayıb və qarşılaşma 0:0 hesabı ilə başa çatıb.
Qeyd edək ki, "Astra" klubu 1921-ci ildə yaradılıb. Ukraynalı Oleq Protasovun başçılıq etdiyi komanda qış fasiləsinə turnir cədvəlinin 4-cü pilləsində yollanıb.
"Simurq" bundan əvvəl Antalyada "Şaxtyor"u (Qazaxıstan) 3:0 hesabı ilə udub, "Duysburq"a (Almaniya) 1:4, "İrtış"a (Qazaxıstan) 0:3 hesabı ilə yenilib. Zaqatala təmsilçisi son yoхlama oyununu yanvarın 24-də "Volın"a (Ukrayna) qarşı keçirəcək.
Antalya
Yoхlama oyunu
21 yanvar
Simurq (Azərbaycan) - Astra (Rumıniya) 0:0
Simurq: Pavel Kapsa, İlkin Qırtımov, Tural Axundov, İdan Vaytsman, Melli, Samir Zergerov (Nicat Muxtarov), Reşad Eyyubov, Vadim Abdullayev (Vüqar Mustafayev) , Benjamin Lambot (Patrik Osiako), Stepan Polyak (Marko Stanoyeviç), Draqan Çeran (Oruc Balaşlı).
Hakimlər: Ömər Paşayev, Akif Əmirəli, Kamran Bayramov.
"Mirakle İdman Mərkəzi"nin stadionu.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər