Fransa Liqa 1-də XII turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, "Qarabağ"ın Avropa Liqasındakı rəqibi "Sent-Etyen" "Lill"in qonağı olub.
Oyun 1:1 hesabı ilə başa çatıb. Hesabı 16-cı dəqiqədə meydan sahibləri açıb. 60-cı dəqiqədə Maks Qradel bərabərliyi təmin edib. O, 84-cü dəqiqədə penaltidən yararlana bilməyib.
Qeyd edək ki, "Sent-Etyen" 12 turdan sonra 21 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
Fanat.az