"Mançester Siti"nin baş məşqçisi Manuel Pellegrini Edin Dzeko ilə bağlı söz-söhbətə son qoyub. Fanat.az xəbər verir ki, baş məşqçi sentyabrın sonundan oynamayan bosniyalı futbolçunun satılmayacağını bildirib.
"Mançester Siti"də forvard Serxio Aqueronun və yayda transfer olunan Alvaro Neqredo əla formada olması səbəbindən işləri çətinə düşən Dzekonun qışda komandanı tərk edəcəyi deyilir. Hətta onu "Arsenal", "Borussiya" (Dortmund) və "İnter"in heyətinə qatmaq istədiyi də bildirilir.
Lakin Pellegrini Dzeko itirmək istəmədiyini və qış fasiləsində bu futbolçunu satmayacağını bildirib. Baş məşqçi qarşıda vacib matçlarının olduğunu və bu qarşılaşmalarda bosniyalı oyunçunun onlara yardımçı olacağını deyib.
Qeyd edək ki, Dzeko bu mövsüm müxtəlif turnirlərdə "Mançester Siti"nin formasını 14 oyunda geyinib və 7 qola imza atıb.
Fanat.az