"Qatar" Krasnodarda qəzaya uğradı

"Qatar" Krasnodarda qəzaya uğradı

Bu gün qadın voleybolçular arasında CEV Kubokunun 1/4 final mərhələsinin cavab matçlarına start verilib. Fanat.az xəbər verir ki, yarışda Azərbaycanı təmsil edən "Lokomotiv" "Dinamo" ilə cavab görüşünə Krasnodarda çıxıb.

Bakıda rəqibini darmadağın (3:0) edərək böyük üstünlük əldə "dəmiryolçular" bu şansdan yararlana bilməyib. Belə ki, bu dəfə "Dinamo" 3:0 hesablı qələbə qazanıb. Görüşün taleyinə isə “Qızıl set”də aydınlıq gəlinib. Burada isə “Dinamo” qələbə qazanmağı bacarıb - 15:13.

 

Beləliklə, "Lokomotiv" CEV Kubokunda mübarizəni dayandırıb.

 

CEV kuboku

1/4 final, cavab oyunu

20 yanvar

Dinamo (Rusiya) - Lokomotiv (Azərbaycan) 3:0 (25:14; 25:19; 25:17)

Qızıl set: 15:13

Hakimlər: Ancelko Popoviç (Serbiya), Sergey Vaytişkoviç (Belarus).

Krasnodar, Olimpiya Sarayı.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər