"Fənərbaxça"nın futbolçusu Caner Erkinin həyat yoldaşı Asena Erkin haqqında yayılan iddialara münasibət bildirib. Fanat.az xəbər verir ki, Asena ərinə xəyanət etmədiyini bildirib.
Londonda müğənni Berkayla çəkilən şəkilləri barədə danışan xanım Erkin bundarı deyib: "Xəyanət etmədiyim üçün vicdanım rahatdı. Bu xəbərlər təbii ki, məni narahat edir. Qəzetləri oxumuram.
Canerlə danışmamağa çalışırıq. Çünki danışdığımız şeyləri fərqli yozurlar. Ona söz verdim ki, artıq heç nə danışmayacam. Londona rəfiqələrimlə getmişdim. İnsan dostları ilə qol-qola gəzməzmi? Qolunu belinə atmazmı? Mən Berkayı 1,5 ildi tanıyıram.
Qeyd edək ki, Asena Erkinlə Berkayın İstanbul və Londonda çəkilmiş fotoları yayımlanandan sonra bu iddialar ortaya atılmışdı. Caner Erkinin xəyanatlə bağlı xəbərlə münasibəti "Mən həyat yoldaşıma inanıram" olsa da, o, Aziz Yıldırımın təşkil etdiyi ziyafətə digər futbolçulardan fərqli olaraq tək qatılmışdı.
Fanat.az