"Barsa"nın şikayəti nə vaxta qaldı?

"Barsa"nın şikayəti nə vaxta qaldı?
Lozannadakı Ali İdman Məhkəməsi (CAS) dekabrın 31-dək "Barselona"nın etiraz məktubuna baxmalıdı. Fanat.az xəbər verir ki, Kataloniya təmsilçisi FİFA-nın növbəti 2 "transfer pəncərəsi" zamanı oyunçu almasına qadağa qoyub.

Ali qurum bir müddət öncə aparılmış təhqiqatlar zamanı "Barsa"nın və İspaniya Futbol Federasiyasının beynəlxalq transferlər və 18 yaşa çatmayan futbolçuların alınması zamanı qayda pozuntularını üzə çıxarıb.

Aprelin 2-də FİFA "Barselona"nın oyunçu transfer etməsinə qadağa qoyub. Bundan sonra Kataloniya klubunun apelyasiya şikayətini də rədd edən ali futbol qurumu faktiki olaraq, "qış pəncərəsi" dönəminə dair qadağaya indidən nail olub.

CAS-ın dekabrın 4-5-də məsələyə aydınlıq gətirəcəyi gözlənilir.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər