Son günlərdə "Barselona"nın futbolçusu Pike ilə Şakiranın ayrıldığı barədə xəbərlər yayılır. Fanat.az xəbər verir ki, bir övladları olan futbolçu və müğənninin artıq bir yerdə yaşamadığı deyilir.
Lakin cütlük son hərəkətləri ilə bu xəbərləri təkzib edib. Belə ki, onlar baksetbol üzrə Avroliqanın "Barselona Regal" - "Fənərbaxça Ülker" matçını birlikdə izləyiblər. Özü də Pike və Şakira qarşılaşmaya VİP-lojadan yox, azarkeşlərlə birlikdə tribunadan baxıb.
Fanat.az