Orxan Məmmədovu söydü, 5 oyun cəza aldı

Orxan Məmmədovu söydü, 5 oyun cəza aldı
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az xəbər verir ki, komitə üzvləri I divizionun IX turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
“Şuşa”nın məşqicisi Toğrul Əhmədov "Rəvan"la oyunda hakimlər briqadasını təhqir edib. İntizam Komitəsi onu 5 oyun cəzalandırıb, klubu 500 manat cərimə edib. Matçı Orxan Məmmədov, Habil Əliyev, İsgəndər Əliyev və Qorxmaz Eldarovdan ibarət hakimlər briqadası idarə edib.
“Şahdağ”ın futbolçusu Rüstəm Əskərov MOİK-lə oyunun 65-ci dəqiqəsində ikinci sarı vərəqəni alaraq meydandan qovulub. AFFA onu 1 oyun cəzalandırıb, klubu 20 manat cərimə edib.
"Zirə" "Qaradağ Lökbatan"la oyunda 6, "Kəpəz" “Lokomotiv”lə matçda 4 futbolçusu sarı vərəqə aldığından 100 manat cərimələnib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər