"Hədəfim "Xəzər Lənkəran"la Azərbaycanda heç bir klubun qazanmadığı uğuru qazanmaq, Avropa Liqasında qrupa düşmək və növbəti mərhələyə çıxmaqdı. Yəni indiyədək heç bir Azərbaycan klubunun qazanmadığı uğurları əldə etmək istəyirəm". Fanat.az xəbər verir ki, bu sözləri "Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizli deyib.
Türk mütəxəssis komandasının şansları barədə də danışıb: "Premyer Liqada vəziyyətimiz heç də yaxşı deyil. Rəqiblərimizdən çox geri qalmışıq. Amma çempionatın başa çatmasına hələ 23 tur var. Avrokuboklara getməyin iki yolu var: ya çempionatda ilk üç yerdən birini tutmalıyıq, ya da kubokun finalına çıxmalıyıq. Hazırda Avroliqaya kubokdan getmək ehtimalımız daha çoxdu".
Dənizli transfer çalışmaları barədə danışıb: "Transfer edəcəyimiz legionerlər Türkiyədən də ola bilər. Çünki iki ölkə arasında oxşarlıqlar çoxdu. Türkiyədə yaşayan insanlar bura daha asan öyrəşir. Bu o demək deyil ki, ancaq Türkiyədən transfer edəcəyik".
Fanat.az