Mourinyo: "Zirvə son hədd deyil"

Mourinyo: "Zirvə son hədd deyil"

London "Çelsi"sinin baş məşqçisi Joze Mourinyo məşqçilik karyerasını yüksək səviyyədə hələ daha 15-20 il davam etdirmək niyyətində olduğunu bildirib. Fanat.az xəbər verir ki, dünya şöhrətli mütəxəssis zirvənin son hədd olmadığını dilə gətirib.

Dəfələrlə müxtəlif turnirlərin qalibi olmuş məşqçi fikirlərini bu cür izah edib: "Zirvəyə yüksəldikdə mövqeyini möhkəmləndirmək istəyirsən. Bu, təbiidi.  Top-klublara yenə də uğur qazandıra biləcəmsə, işimi davam etdirəcəm. Lakin böyük klubların mənə ehtiyac duymadıqları üzə çıxsa, işimi daha zəiflərlə davam etdirəcəm".

Don Joze "Çelsi"ni 2004-2007-ci illər aralığında çalışdırıb. Həmin dövrdə London təmsilçisi 2 dəfə İngiltərə çempionu adını qazanıb. 

Mourinyonun karyerası növbəti klubunda da uğurlu alınıb. O, Milan "İnter"inə ilk mövsümündəcə İtaliya çempionluğunu qazandırıb. Növbəti mövsüm isə daha məhsuldar alınıb: İtaliya çempionluğu ölkə Kuboku və Çempionlar Liqasında qələbə.

2010-un martında portuqaliyalı mütəxəssis Madrid "Real"ına keçib. İlk mövsümdə yalnız ölkə Kubokunu başı üzərinə qaldıran klub növbəti il İspaniya çempionu tituluna sahib çıxıb. 

Don Joze 2013-dən yenidən "Çelsi"nin "sükanı arxası"ndadı.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər