Millimizin üzvü qol vurdu, alman klubu 1 xal qazandı

Millimizin üzvü qol vurdu, alman klubu 1 xal qazandı
Almaniyanın Regional Liqasında növbəti turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, Rüfət Dadaşovun çıxış etdiyi "Saarbrukken" "Nekkarelz"in qonağı olub.
Oyun 1:1 hesabı ilə başa çatıb. Hesabı 40-cı dəqiqədə Rüfət Dadaşov açıb. 80-ci dəqiqədə hesabı bərabərləşdirən meydan sahibləri bir xal qazanıblar.
Qeyd edək ki, Regional Liqanın Cənub-Qərb zonasında çıxış edən "Saarbrukken" 16 turdan sonra 34 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər