21 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Andrey Popoviç "Tavşanlı Linyitspor"un əvəzedici komandasında debüt edib. Fanat.az xəbər verir ki, qolkiper A2 liqasının "Eskişəhərspor"la oyununda meydana çıxıb.
Oyun Eskişəhər təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Start heyətində yer alan Popoviçi 50-ci dəqiqədə Okan Aydın və 77-ci dəqiqədə isə Murat Aytaş məyus edib.
"Eskişəhərspor"un A2 komandasında forma geyinən Ufuk Budak isə bu oyunun iştirakçısı olmayıb.
Fanat.az