Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığma komandası bu gün daha bir yoxlama oyunu keçirib. Fanat.az xəbər verir ki, millimiz Antalya toplanışı çərçivəsində Xorvatiyanın "Split" klubunun əsas heyəti ilə qarşılaşıb. Oyun xorvatların 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, millimizin oyununu azərbaycanlı hakimlər idarə edib: Ömər Paşayev, Kamran Bayramov, Cavanşir Yusifov.
Yığmamız bu gün Antalyada "Fənərbaxça"nın U-17 komandası ilə qarşılaşıb və 9:0 hesablı qələbə qazanıb.
Fanat.az