Millimiz türk klubuna 8 qol vurdu

Millimiz türk klubuna 8 qol vurdu

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti yoldaşlıq oyunu keçirib. Fanat.az xəbər verir ki, millimiz Türkiyənin "Kunduspor" klubunun U-21 komandası ilə qarşılaşıb. Komandamız rəqibini darmadağın edib - 8:0.

Matçdan öncə 20 yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və millimizin futbolçuları oyuna qara sarğı ilə çıxıb.

Qarşılaşmanı millimizin baş məşqçisi Robert Prosineçki və AFFA-nın Məşqçilər Komitəsinin üzvləri izləyiblər.

Qeyd edək ki, millimizin "Antalyaspor"un U-21 komandası ilə yoxlama oyunu keçirəcəyi planlaşdırılırdı. Amma son anda rəqib dəyişib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər