Millimiz Dubayda iki qələbə qazandı

Millimiz Dubayda iki qələbə qazandı

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan milli komandası iki yoldaşlıq oyunu keçirib.

 

Fanat.az xəbər verir ki, Macarıstan yığması ilə qarşılaşan futbolçularımız 3:1 hesabı ilə qələbə qazanıb. Hikmət Bağırovun dubl etdiyi oyunda 1 dəfə Orxan Məmmədov fərqlənib.

Növbəti rəqib Birləşmiş Ərəb Əmirlikləri yığması olub. Millimiz bu oyunu da qələbə ilə başa vurub - 3:2. Bu qarşılaşmada Orxan Məmmədov dubl edib. Komandamızın digər qolunun müəllifi isə Sabir Allahquliyev olub.

Qeyd edək ki, millimiz bundan əvvəl Dubayda Macarıstanla daha bir oyun kemirmiş və 5:2 hesablı qələbə qazanmışdı.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər