Marek Hamşik Azərbaycanla oyunlardan nə gözləyir?

Marek Hamşik Azərbaycanla oyunlardan nə gözləyir?

Futbol üzrə Slovakiya yığmasının kapitanı Marek Hamşik UEFA Millətlər Liqasının püşkünü dəyərləndirib. 

Fanat.Az xəbər verir ki, sözügedən komanda C Liqasında Belarus, Azərbaycan, eləcə də Qazaxıstan-Moldova cütünün qalibi ilə birgə 3-cü qrupda mübarizə aparacaq.   Hazırda Türkiyənin “Trabzonspor” klubunda çıxış edən 34 yaşlı futbolçu Belarus və Azərbaycan yığmalarını yaxşı tanıdıqlarını bildirib:   “Qrupdakı rəqiblərlə daha əvvəl qarşılaşmışıq. Deyə bilərik ki, onların hamısı keçmiş SSRİ ölkələridir. Bu 3 kollektiv bir-birinin oyununa bələddir. Qrupda tanımadığımız yeni rəqib yer alacaq. Bu ya Qazaxıstan, ya da Moldova millisi olacaq. Münasib qrupa düşdüyümüzü düşünürəm. Biz mütləq favoritik və 1-ci yer uğrunda mübarizə aparacağıq”.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər