Mançesterdə derbi: 1 "qırmızı", 1 qol - VİDEO

Mançesterdə derbi: 1 "qırmızı", 1 qol - VİDEO
İngiltərə Premyer Liqasında X turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, tur Mançester derbisi ilə əlamətdar olub.
Belə ki, "Mançester Siti" "Mançester Yunayted"i qəbul edib. Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 39-cu dəqiqədə qırmızı vərəqə alan Kris Smallinq qonaqları azlıqda qoyub. 63-cü dəqiqədə isə Serxio Aquero matçın yeganə qoluna imza atıb. 
Qeyd edək ki, "Mançester Siti" 10 turdan sonra 20 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. "Mançester Yunyted" isə 13 xalla 10-cu yeri tutur.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər