Türkiyənin PTT 1-ci liqasında VIII turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, Mahir Şükürovun çıxış etdiyi "Karşıyaka" "Samsunspor"un qonağı olub.
İlk yarıda 1:0 hesabı ilə önə keçən "Karşıyaka" son 3 dəqiqədə iki qol buraxaraq məğlub olub - 1:2. Mahir Şükürov start heyətində yer alıb və 90 dəqiqə oynayıb. Futbolçumuz 55-ci dəqiqədə sarı vərəqə alıb. "Samsunspor"un heyətində isə "Xəzər Lənkəran"ın sabiq üzvü Mbilla Etame 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, "Karşıyaka" 8 turda 11 xal qazanıb və turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.
Fanat.az