Madrid nəhəngi ukraynalı vunderkindlə anlaşdı

Madrid nəhəngi ukraynalı vunderkindlə anlaşdı

"Real Madrid" qış transfer bazarının son günlərində qapıçı ilə müqavilə imzalayıb.

Fanat.Az xəbər verir ki, informasiyanı "Relevo" yayıb. 

Xəbərə görə, "Rayo Majadahonda U19"-da çıxış edən 16 yaşlı ukraynalı qapıçı İlya Voloşin İspaniya nəhənginə keçib. Transfer yay üçün razılaşdırılıb.

Voloşinin boyu iki metrə çatır və ukraynalı bədən quruluşuna görə David de Xea ilə müqayisə edilir. 

Xatırladaq ki, ukraynalı qapıçı Andrey Lunin də “Real”da çıxış edir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər