Kanales 278 günlük "oruc"u pozdu

Kanales 278 günlük "oruc"u pozdu
Nikolas Kanales "qol orucu"nu pozub. Fanat.az xəbər verir ki, "Neftçi"nin forvardı uzun fasilədən sonra qol sevinci yaşayıb.
Avqustda "Neftçi"yə qayıdan çilili forvard 7 çempionat və 2 avroliqa oynununda 421 dəqiqə oynasa da, topu tora qovuşdura bilməmişdi. AZAL-la oyunun 70-ci dəqiqəsində fərqlənən Kanales susqunluğa son qoyub.
Bu onun 278 günlük fasilədən sonra ilk qolu olub. Belə ki, Nikolas sonuncu dəfə "Santiaqo Vanderers" klubu ilə bu ilin 28 yanvarında "Kobreloa"ya qarşı keçirilən oyunda fərqlənmişdi.
AZAL-la oyunun 86-cı dəqiqəsində daha bir qola imza atan Kanales 547 gündən sonra dubl edib. O, sonuncu dəfə bir matçda iki qolu yenə "Neftçi"nin heyətində vurmuşdu. 2012/13 mövsümünün 2013-cü iliq 4 mayına təsadüf edən "Qarabağ"la matçda 2 qol vuran forvard komandasına 2:1 hesablı qələbə qazandırmışdı.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər