İstirahətsiz hazırlığa davam

İstirahətsiz hazırlığa davam
"Rəvan"da Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində "Qaradağ" səddini aşdıqdan sonra bütün diqqətlər həftəsonu baş tutacaq Premyer Liqa oyununa yönəlib. Fanat.az xəbər verir ki, Bakı klubu AZAL-la oyunun hazırlıqlarına başlayıb.
"AZAL Arena"da baş tutacaq görüşə böyük önəm verən komanda bu səbəbdən kubok matçından sonra istirahətə ehtiyac duymayıb. Bu gündən "Rəvan" məhz AZAL ilə oyunun hazırlıqlarına başlayıb. 
"Bayıl Arena"da keçən məşq əsasən taktiki-texniki nüanslar üzərindəki çalışmalarla əlamətdar olub. Məşqçilər korpusunu sevindirən məqam da var. Belə ki, Elvin Həsənəliyev artıq komanda ilə məşqlərə başlayıb. Düzdü, o, hələ bütün məşq təmrinlərini yerinə yetirə bilmir. Bununla belə, ümumi qrup çalışmalarına qatılır.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər